Qadının ən vacib aksessuarlarından biri də çanta hesab olunur. Çanta müasir moda dünyasında qadın obrazının tamamlanmasında zəruri amil kimi qiymətləndirilir. Məsələn,
qırmızı çanta romantizmi, qara, yaxud ağ çanta isə sakitliyi ehtiva edir.
Kişilər daşıdığı çantaya əsasən qadınların xarakterini asanlıqla müəyyən edə bilərlər. Əgər qadın çantanı düz tutursa, əmin ola bilərsiniz, o, hər şeyi nəzarət altında saxlayır. Qadının çantasını qoltuğunda götürməsi onun işgüzarlığından xəbər verir. Çarpaz qaytanlı, məktəbli çantasına bənzər çantaların bir çiyinə götürülməsi qadının ciddi münasibətlərə hazır olmadığını göstərir. Qadın çantanı qoluna götürürsə və yumulmuş ovcu yuxarı istiqamətlənirsə, onun evdarlığına, aşağı istiqamətlənirsə, ərköyünlüyünə, şıltaqlığına işarədir.
Evdar qadınlar adətən çantanı çiyinlərinə götürürlər, amma qadın çantanı özünə sıxırsa, bu, xəsisliyin göstəricisidir. Ancaq çanta çiyinlərə atılırsa və əllər sərbəst şəkildə yanlarda sallanırsa, bu, qadının şən və əhlikef olması anlamındadır.
Ardı →